AZ

Bu məhsulun kişilər üçün inanılmaz faydası üzə çıxdı

Böyük Britaniyada elm adamları isti kakao ilə bağlı yeni araşdırma aparıblar. Metbuat.az xəbər verir ki, araşdırmaya görə, bir fincan isti kakao idman edə bilməyən kişilər üçün düşünüləndən daha faydalı ola bilər. Araşdırma, kakao içməyin çox oturmağın damarlara mənfi təsirlərini azaltdığını müəyyən edib. Bildirilir ki, uzun müddət hərəkətsizlik damarların fəaliyyəti üçün təhlükəli ola bilər. Lakin, kakao çay, alma və qaragilə kimi bitkilərin də tərkibində olan flavanol birləşmələri sayəsində bu mənfi təsirə qarşı qoruyucu rol oynaya bilər.

Məlumata görə, Birmingem universitetinin alimləri hərəkətli və daha az aktiv olan kişilər üzərində araşdırma aparıblar. İştirakçılara flavanollarla zəngin kakao (azı 695 mq), digərlərinə isə demək olar ki, flavanolsuz kakao (5,6 mq) verilib. Daha sonra onlardan iki saat sakit oturmaları istənilib. Nəticələr göstərib ki, flavanollu içki içənlərdə damar funksiyası daha da pisləşib və qan təzyiqi artıb. Lakin, yüksək flavanol tərkibli içki içənlərdə belə bir azalma müşahidə olunmayıb.

Seçilən
32
2
metbuat.az

6Mənbələr