AZ

Biz Rusiya -Ukrayna müharibəsindən yaxşı pul qazanırıq – ABŞ prezidenti Donald Tramp

30 oktyabrda keçirilən görüşdə ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin Rusiya tərəfindən başladılan Ukrayna müharibəsini “çox ciddi şəkildə” müzakirə ediblər: “Bu barədə ətraflı danışdıq və ümid edirik ki, irəliləyiş əldə etmək üçün birlikdə çalışacağıq.

Editor.az xəbər verir ki, razılaşdıq ki, hər iki tərəf bu münaqişəyə dərindən qarışıb və bəzən nə qədər dəli səslənsə də, onların “döyüşməsinə” icazə vermək lazımdır. Amma o [Si Cinpin] bizə kömək edəcək və biz Ukrayna məsələsində birlikdə çalışacağıq”, – deyə Tramp bildirib.

Amerika prezidenti Çin lideri ilə Rusiya-Ukrayna müharibəsinin guya “nə Çinə, nə də ABŞ-a birbaşa təsir etməməsi” barədə danışdığını, lakin onu dayandırmaq istədiyini deyib: “Əsasən əsgərlərdən ibarət 6, 7, 8 min gəncin öldüyünü görmək məni ağrıdır. Bu, bizdən heç bir xərc tələb etmir – əslində, hətta pul qazanırıq, amma bu barədə danışmaq istəmirəm. Bu vəziyyətdə mənfəətlə maraqlanmıram. Biz NATO-ya silah veririk, onlar isə silahları tam qiymətə alır və ötürürlər – əsasən Ukraynaya. Bütün bunları müzakirə etdik və Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün birlikdə işləmək barədə razılığa gəldik”, – deyə Tramp yekunlaşdırıb.

Lakin o, qeyd edib ki, Çinin Rusiya neftini almasını Si Cinpinlə demək olar ki, müzakirə etməyib: “Çin uzun müddətdir Rusiyadan neft alır – bu, Çinin ehtiyaclarının əhəmiyyətli bir hissəsini ödəyir. Deyə bilərəm ki, Hindistan bu məsələdə özünün yaxşı aparır. Amma biz neft haqqında ətraflı danışmadıq, əksinə müharibəyə son qoymaq üçün necə birlikdə işləyə biləcəyimiz barədə danışdıq”, – deyə o əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr