AZ

Tilovu üçün torpaqda qurd axtaran balıqçı xəzinə tapdı

İsveçin Stokholm qraflığında tilovu üçün qurd axtaran bir balıqçı təsadüfən orta əsr zərgərlik əşyaları və pul xəzinəsi tapıb. Yerli hakimiyyət orqanları bildirib ki, “Tapan şəxs bu barədə Qraflıq İnzibati Şurasına məlumat verib və arxeoloqlar hazırda ərazini araşdırır və xəzinənin təşkil etdiyi sikkələri, muncuqları, üzükləri və asqıları öyrənirlər”.

Xəzinənin küpdə saxlanıldığı bildirilir. Xəzinə altı kiloqram ağırlığındadır və 20.000 sikkədən və müxtəlif zərgərlik əşyalarından ibarətdir. Stokholm Qraflıq İnzibati Şurasının antik əşyalar üzrə mütəxəssisi Sofiya Anderssonun sözlərinə görə, bu kəşf İsveçdə indiyə qədər tapılan erkən orta əsrlərə aid ən böyük gümüş xəzinələrdən biridir: “Əşyaların əksəriyyəti yaxşı qorunub saxlanılıb, lakin təəssüf ki, onların saxlanıldığı mis qazan bu günə qədər gəlib çatmayıb.

İçindəki sikkələr yalnız qədim deyil, həm də nadirdir. XII əsrə aid bir sikkədə Kral Knut Erikssonun adı çəkilən yazı var, Qotlanddan gətirilən başqa bir sikkədə isə kilsə təsvir olunub”, Andersson əlavə edib.

Hakimiyyət orqanları şanslı balıqçının şəxsiyyətini və xəzinənin yerini gizli saxlayır.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr