AZ

Süni intellektin inkişafı pik həddə çatdıqda, daşınmaz əmlak bazarına da mənfi təsirini göstərəcək

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

“OpenAI” şirkətinin rəhbəri və “ChatGPT”nin yaradıcısı Sam Altman süni intellektlə bağlı açıqlaması ilə sosial mediada böyük müzakirə yaradıb. “DevDay 2025” konfransında çıxış edən Altman bəzi peşələrin süni intellekt dövründə yoxa çıxacağını bildirib. Onun sözlərinə görə, süni intellekt cəmiyyətə hansı fəaliyyətlərin həqiqi dəyər yaratdığını, hansının isə əməyin təqlidi olduğunu göstərəcək. Sam Altmanın fikirləri sosial mediada tənqid və mübahisələrə səbəb olub. Bundan öncə də amerikalı milyarder və iş adamı İlon Mask da yaxın gələcəkdə süni intellektin inkişafı milyonlarla insanı işsiz qoyacağını və insanların artıq işləməyə ehtiyac duymayacaqlarını söyləmişdi.Bəzi peşələrin süni intellekt səbəbilə yoxa çıxması əmlak bazarına necə təsir göstərə bilər?İşsizliyin artması ev almaq istəyənlərə necə təsir edəcək?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan Əmlak Ekspert Mərkəzinin (ƏEM) direktoru Ramil Osmanlı bildirib ki, daşınmaz əmlak istər yaşayış yeri kimi, istər investisiya aləti kimi daim iqtisadiyyatda çox ciddi əhəmiyyətli paya malik olubdur.

Ramil Osmanlı

“Təbii ki, süni intellektin tətbiqinin geniş yayılması iqtisadiyyata müəyyən mənada mənfi təsirlər göstərir. Xüsusilə, bir sıra sahələrdə insan əməyinin rolunu xeyli dərəcədə azaldır. Bu da gələcəkdə həmin sahələr üzrə iş yerlərinin sayının azalması və insanların gəlirlərinin azalmasına təsir göstərə bilər, xüsusilə orta təbəqə üçün müəyyən problemlər yarada bilər. Amma bu gün üçün bu istiqamətdə danışmaq hələ ki, tezdir. Çünki biz gələcəkdə bu tendensiyanın hansı formada və hansı dinamika ilə davam edəcəyini bilmirik.

Bütün hallarda daşınmaz əmlak istər yaşayış yeri kimi, istər investisiya aləti kimi daim iqtisadiyyatda çox ciddi əhəmiyyətli paya malik olub. Bu gün də belədir və gələcəkdə də yəqin ki, belə olacaq. İnsanların gəlirlərinin azalması daşınmaz əmlaka əlçatanlığı xeyli dərəcədə azaldır, aşağı salır. Bu mənada düşünürəm ki, süni intellektin inkişafı pik həddə çatdıqda təbii ki, bu digər sahələrə olduğu kimi, daşınmaz əmlak bazarına da mənfi təsirini göstərəcək”-deyə Ramil Osmanlı qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
icma.az

1Mənbələr