AZ

Pentaqon Milli Qvardiyanın sürətli reaksiyalı qüvvələrinə təlim və hazır vəziyyət əmri verib

ABŞ ordusu 2026-cı ilədək daxili iğtişaşlara cavab verməyə hazır olacaq xüsusi birləşmələr yaradır...

Poliqon xəbər verir ki, The Washington Post qəzetinin əldə etdiyi rəsmi sənədlərə əsasən, ABŞ Müharibə Nazirliyi (Pentaqon) Milli Qvardiyanın sürətli reaksiyalı qüvvələrinin 2026-cı ilin 1 yanvar tarixinədək tam təlim keçmiş və vətəndaş iğtişaşlarını yatırmağa hazır vəziyyətdə olmasını əmr edib.

Məlumata görə, bu xüsusi qüvvələrin ümumi sayı 23,5 min hərbçidən ibarət olacaq və onlar ABŞ-ın bütün 50 ştatında, eləcə də üç inzibati ərazisində yerləşdiriləcək. Yeganə istisna paytaxt Vaşinqtonu əhatə edən Kolumbiya dairəsidir – burada federal qüvvələrin yerləşdirilməsi barədə ayrıca qərar tələb olunur.

Mənbələr bildirir ki, bu addım ölkədə artan sosial gərginliklər, seçkilər öncəsi siyasi qarşıdurmalar və mümkün kütləvi etirazlara cavab tədbiri kimi qiymətləndirilir. Qüvvələrə kütləvi aksiyaların idarə olunması, kütlənin dağıdılması və əsas infrastruktur obyektlərinin mühafizəsi üzrə xüsusi təlimlər verilir.

Ekspertlər hesab edirlər ki, bu proqram ABŞ hökumətinin daxili təhlükəsizliyə daha sistemli yanaşma planının bir hissəsidir və 2026-cı ildən etibarən Milli Qvardiya vahid federal komandanlıq altında fövqəladə vəziyyətlərə operativ reaksiya göstərə biləcək.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr