AZ

Rusiyanın beynəlxalq ehtiyatları azalıb

BAKI, 30 oktyabr. TELEQRAF

Rusiyanın beynəlxalq ehtiyatları son bir həftədə 11,2 milyard dollar azalaraq 731,2 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, beynəlxalq ehtiyatlar Rusiya hökuməti tərəfindən saxlanılan yüksək likvidli xarici aktivləri, o cümlədən xarici valyuta fondlarını, qızılı və BVF-dəki aktivləri təmsil edir. Qərbin sanksiyalarına, o cümlədən ehtiyatların bir hissəsinin dondurulmasına və Mərkəzi Bankla əməliyyatlara qoyulan məhdudiyyətlərə baxmayaraq, bu göstərici sabit dinamika nümayiş etdirməkdə davam edir.

Seçilən
32
teleqraf.com

1Mənbələr