AZ

Bu tərəvəzlər torpaqdan təhlükəli toksinlər toplayır

Kobe Universitetinin tədqiqatçıları balqabaqkimilər ailəsinə aid olan bitkilərin — balqabaq, kabak, patisson, qovun və xiyar da daxil olmaqla, zərərli maddələri bitkinin yeyilə bilən hissələrində niyə toplandığını izah edən mexanizmi aşkar ediblər.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Plant Physiology and Biochemistry" (PPB) jurnalında dərc olunub.

Balqabaqkimilər torpaqdan çətin parçalanan zərərli maddələri (çirkləndiriciləri) mənimsəyərək onları meyvələrdə toplaya bilir. Bu maddələr insan sağlamlığı üçün təhlükə yarada bilər. Maraqlıdır ki, əksər digər kənd təsərrüfatı bitkiləri bu xüsusiyyətə malik deyil.

“Bu çirkləndiricilər orqanizmdə parçalanmadan qala və yığıla bilər. Biz məhz balqabaqkimilərin niyə belə davrandığını anlamağa çalışdıq”, - tədqiqatın müəllifi, Kobe Universitetinin aqrobioloqu professor Hideyuki Inui bildirib.

Əvvəlki araşdırmalarda Inuinin komandası çirkləndiriciləri bağlayan və bitki daxilində daşıyan xüsusi zülal sinfini müəyyən etmişdi. Bu zülalların forması və toksinlərlə bağlanma qabiliyyəti, zərərli maddələrin bitkinin hansı hissələrinə çatacağını müəyyən edir. Lakin sual açıq qalırdı: niyə eyni növ daxilində bəzi sortlar daha çox toksin toplayır?

Seçilən
9
2
publika.az

3Mənbələr