AZ

​Akşenər uzun müddət sonra üzə çıxdı

Türkiyənin sabiq daxili işlər naziri, İyi Partiyasının keçmiş sədri Meral Akşenər yenidən gündəmə gəlib. Metbuat.az xəbər verir ki, uzun müddətdən bəri “kölgədə qalan” Akşənər ötən gün keçmiş partiyadaşları ilə görüşüb. Akşenərin sabiq müşaviri Şevket Talha Apuhan deyib ki, görüşün mövzusu cəmiyyəti narahat edən sosial məsələlər olub: “Biz siyasətdən danışmadıq”. Talha Apuhanın sözlərinə görə, Meral Akşenəri Türkiyədə yaşayan qız uşaqlarının gələcəyi çox narahat edir. Onun sözlərinə görə, Akşenər və dostları azyaşlı qızların ali təhsil almasının yolları barədə müzakirələr aparıblar.

Tərəflərin arzusuna uyğun olaraq, Meral Akşenərin və silahdaşlarının görüşündə media nümayəndələri iştirak etməyib.

Seçilən
29
metbuat.az

1Mənbələr