“İnter”in futbolçusu Markus Tyuram bu gün əsas komanda ilə məşqlərə qatılıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Tyuram sonuncu dəfə “neradzurri”nin heyətində 30 sentyabr tarixində Çempionlar Liqasında Praqa “Slaviya”sına qarşı 3:0 hesablı qələbə zamanı çıxış edib. Oyundan sonra o, mətbuat zonasında topallayaraq müşahidə olunub. Başlanğıcda futbolçu narahat olmağa dəymədiyini bildirsə də, bundan sonra 30 gün ərzində zədəsi səbəbindən oyunlardan kənar qalıb. Bu müddət ərzində o, 4 Serie A matçı, 1 Çempionlar Liqası oyunu və milli komanda qarşılaşmalarını buraxıb.
Əvvəl məlumat verilsə də ki, Tyuram 25 oktyabrda “Napoli” ilə oyuna hazır ola bilər, bu tarix təxirə salınıb. Onun 2 noyabrda “Verona” ilə keçiriləcək matçda iştirak edib-etməyəcəyi hələlik sual altındadır.
 
                        