AZ

“Mərkəzi Neftçilər Xəstəxanası” üçün mebel alışında böyük müqavilə

“Mərkəzi Neftçilər Xəstəxanası” Publik Hüquqi Şəxsi “M-Kontakt” MMC ilə mebellərin satın alınması üzrə müqavilə imzalayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, alışın dəyəri 87 225,6 AZN təşkil edir və ehtimal olunan qiymət 124 227,45 AZN-dir. Müqaviləyə əsasən xəstəxana təkərli kreslo, gözləmə kreslosu 2-li, əlil arabası, kompozit oturacaq, tribuna, crash card, resusitasiya (CPR) taxtası, təkərsiz kreslo, gözləmə kreslosu 3-lü, sarğı arabası, dolab, divar boyu bellik, suni dəri, kreslo və masa alacaq.

Qeyd edək ki, “M-Kontakt” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır və şirkətin qanuni təmsilçisi Mübariz Bayramaliyev Qəşəm oğludur. Bu alış xəstəxananın təchizatını müasir tələblərə uyğunlaşdırmaq və xəstələr üçün daha komfortlu şərait yaratmaq məqsədini daşıyır.

Xatırladaq ki, Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasovdur.

Seçilən
20
nocomment.az

1Mənbələr