“Çelsi” müdafiəçi Malo Qusto ilə yeni müqavilə üzərində işləyir.
90deqiqe.Az “Foot Mercato”ya istinadən xəbər verir ki, London klubu və futbolçu arasındakı danışıqlar artıq davam edir.
Hazırkı müqavilə 2030-cu ilin ortalarına qədər qüvvədədir, lakin “Çelsi” yaxın gələcəkdə müqaviləni uzatmaqla futbolçunun klubdakı statusunu möhkəmlətməyi planlaşdırır. Razılaşmanın müddəti əlavə 1 və ya 2 il uzadıla bilər və Qustonun maaşı artırılacaq.
Malo Qusto “Çelsi”də 96 matça çıxıb, bu görüşlərdə qol vurmasa da, 14 məhsuldar ötürmə edib. Hazırda “Çelsi” İngiltərə Premyer Liqasında 9-cu pillədə qərarlaşıb.
 
                        