AZ

Pələnglər 8 gündə 4 nəfəri öldürdülər

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hindistanda pələnglər eyni məkanda 8 gün ərzində 4 nəfəri öldürüblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisələr Maharaştra ştatının Çandrapur rayonunda baş verib.

İlk hücum faktı oktyabrın 19-da qeydə alınıb. 6 gün sonra zolaqlılar əkin sahəsində çalışan fermeri parçalayıblar. Daha 2 qətl 1 gün sonra baş verib. 

Seriya qətllərdən sonra yerli sakinlər Aheri-Çandrapur avtomobil yolunu 9 saatlıq bağlayıblar. Onlar pələnglərin zərərsizləşdirilməsini və ölənlərin ailəsinə kompensasiya ödənilməsini tələb ediblər.

Meşə departamentinin əməkdaşları qatil pələnglərin tutulması üçün müəyyən tədbirlər görüblər. Həmçinin, ovçulardan ibarət qrup vəhşilərin axtarışına başlayıb.

Qeyd edək ki, bu ilin əvvəlindən Çandrapur rayonunda 37 insan vəhşi heyvanların qurbanı olub. Onlardan 33-ü məhz pələnglər tərəfindən öldürülüb.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
525.az

1Mənbələr