Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin keçmiş müavini Koba Qabuniya vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib.
Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəis müavini İya Axalaya brifinqdə bildirib.
Onun sözlərinə görə, bundan başqa keçmiş regional inkişaf və infrastruktur naziri İrakli Karseladzenin evində axtarış aparılıb.
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, Koba Qabuniya Gürcüstan Bələdiyyə İnkişaf Fondunun kuratoru olan dövlət siyasi məmuru tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunaraq saxlanılıb.
Daha əvvəl Gürcüstan Bələdiyyə İnkişaf Fondunun keçmiş icraçı direktoru David Tabidze, fondun proqram meneceri və eyni xidmətin layihə meneceri bu iş üzrə saxlanılmışdılar.
İstintaq iddia edir ki, onlar Qabuniyanın göstərişləri ilə hərəkət ediblər və "Laqi Kapital" şirkəti Bələdiyyə İnkişaf Fondundan əsassız avans ödənişi, o cümlədən 30 uşaq bağçasının bərpası üçün 11 218 380 lari ala bilib.
"Laqi Kapital" MMC-nin rəhbərləri bu məbləğdən 9 365 801 larini fırıldaqçılıq yolu mənimsəyiblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.