AZ

BYD-nin xalis mənfəəti 30 faiz azalıb

BAKI, 31 oktyabr. TELEQRAF

Çinin avtomobil istehsalçısı BYD-nin 2025-ci ilin üçüncü rübündə xalis mənfəəti və gəliri azalıb.

Teleqraf xəbər verur ju, iyul-sentyabr aylarında şirkətin xalis mənfəəti illik müqayisədə 32,6% azalaraq 7,82 milyard yuana (1,1 milyard dollar) düşüb. Gəlir isə 3,1% azalaraq 195 milyard yuana düşüb.

Bundan əvvəl məlum olub ki, 2025-ci ilin ikinci rübündə Yaponiyanın Honda Motor şirkətinin mənfəəti ABŞ hökumətinin tariflər tətbiq etməsi nəticəsində 50%-dən çox azalıb .

Aprel-iyun aylarında Yaponiya avtomobil nəhənginin mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 50,2% azalıb. Əməliyyat mənfəəti də 49,6% azalıb.

Enişin səbəbi kimi ABŞ-ın tarifləri və məzənnə dəyişikliyinin təsiri göstərilir.

Seçilən
35
teleqraf.com

1Mənbələr