AZ

Demişdim axı su sənəyi suda sınar...

Həm də demişdim ki, mənəviyyat aptekdə satılmır  ki, resepti təqdim edib alasan. Filosof və pedaqoqlarımızın yaxşı tanıdığı məşhur amerikalı filosof və pedaqoq Con Dyuinin sözləridir: “Mənəviyyat aptekdə və ya kulinariyada istifadə olunan reseptlər kimi yazılı şəkildə təqdim edilmir”.

Doğrudan da belədir. Müxtəlif bəhanələrlə ayrı-ayrı ölkələrdə məskunlaşan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov Qənimət Zahid, Sevinc Osmanqızı, Qurban Məmmədov kimi ermənipərəst dairələrin ayırdıqları qrantlar hesabına inrenet TV-lər yaradaraq gecə-gündüz ölkəmizin əleyhinə mənəviyyatsızcasına qarayaxma kampaniyası aparan bu üzdəniraqların əməllərinə diqqət etdikdə gerçəkdən də C.Dyuinin müdrik fikirlərini xatırlamamaq olmur.  Cəmiyyətin dəstəyindən məhrum olaraq marginallaşan, iddiaları ilə ambisiyaları tərs mütənasib olan dağıdıcı müxalifətin, eləcə də Ramiz Mehdiyev qaragüruhunun siyasi mühacir adı ilə fəaliyyət göstərən anarxistlərə dəstək verməsi də artıq bir reallıqdır və getdikcə özünü daha çox büruzə verir.

Son zamanlar xarici ölkələrdə “siyasi mühacir” adı ilə məskunlaşan “sapı özümüzdən olan baltalar”ın ilk sırasında yer tutan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov məhz  belələrindəndir. Bu xəyanətkarların son vaxtlar sosial şəbəkələrdə Azərbaycan əleyhinə apardıqları qarayaxma kampaniyası məhz mənəviyyatsızlığın pik nöqtəsidir.  

Qabil Məmmədov adlı əxlaq normalarından bixəbər, səviyyəsiz, ordu sıralarında zabit kimi qulluq edərkən ayrı-ayrı şəxsləri aldadaraq onlardan müxtəlif məbləğlərdə pul alıb. Məlumatlara görə, aldatdığı şəxslərin sayı onlarla ölçülür. Vətəndaşlardan böyük məbləğdə pul toplayan Q.Məmmədov aldadıldığını başa düşən insanların “pulu geri qaytar” tələbi ilə üzləşsə də müxtəlif bəhanələrlə vaxt uzadıb və nəticədə ölkədən qaçaraq Avropaya sığınıb. Bu üzdəniraq qısa müddətdən sonra isə “Youtube” kanalında “siyasi mühacir” qiyafəsində zühur edərək erməni lobbisinin təsiri altında olan təşkilatların sifarişi ilə Azərbaycan əleyhinə “qara piar” kampaniyası aparan milli dönüklərin sırasında özünə yer tapıb.

Bir müddət əvvəl yazmışdıq ki, mənəviyyatsız, vətəndaşlıq hissini itirən, erməni lobbisinin təsiri altında olan təşkilatlardan maliyyələşən belələrinin maskalarını yırtmaq, gizli niyyətlərini aşkara çıxarmaq, iç üzünü açıb tökmək üçün milli birliyi və həmrəyliyi dəstəkləyən, milli nailiyyətləri qürur mənbəyi kimi təbliğ edən hər bir vətənpərvərin, siyasi əqidəsindən, dünyagörüşündən asılı olmayaraq hər bir vətəndaşımızın borcudur. Onu da qeyd etmişdik ki, artıq respublikamızın hüquq-mühafizə orqanları bu üzdəniraq zombi sürüsü ilə əlaqədar ciddi tədbirlər görməlidirlər.

Dünən ölkəmizdəki nüfuzlü saytlarından birinin verdiyi məlumata görə, artıq ölkəmizin hüquq-mühafizə orqanları bu antimilli layihəni tamamilə aradan qaldır  maqda israrlıdırlar və bu şəxslərin ölkəyə gətirilməsi istiqamətində ciddi işlərə başlayıblar. Bildirilib ki, həmin şəxslərin ölkəyə gətirilməsi üçün Avropanın hüquq sisteminə uyğun prosedurlar hazırlanır. 2018, 2019 və 2020-ci illərdə də Azərbaycan hüquq-mühafizə orqanları həmin şəxsləri cinayət əməllərinə görə beynəlxalq axtarışa vermişdi, ancaq Avropa ölkələrindən müsbət cavab almamışdı. Buna səbəb kimi sorğular zamanı həmin ölkələrin hüquq sisteminə uyğun boşluqlar buraxılması iddia edilir. İndi isə “söyüş blogerləri”nin nümayəndələrinin gətirilməsi üçün Avropanın hüquq sisteminə tam uyğun hüquqi proseduralar tamamlanmaqdadır. Məlumatda o da qeyd edilir ki, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Qurban Məmmədov və digərlərinin Azərbaycana gətiriləcəyi ilə məlumatı millət vəkili Elman Nəsirov da təsdiqləyib. E.Nəsirov TNS TV-yə müsahibəsində bildirib ki, həmin şəxslər Azərbaycana mütləq gətiriləcək, sadəcə zaman məsələsi var.

Demişdim axı su sənəyi suda sınar...

Seçilən
33
ikisahil.az

1Mənbələr