AZ

Şəbnəm “bağışlamayacam” dediyi atası ilə barışdı - VİDEO

Müğənni Şəbnəm Tovuzlu doğma atası ilə barışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Həmin Zaur”da danışıb.

Şəbnəm deyib ki, atası ilə bağlı qalmaqallı açıqlama verdiyi efirdən sonra onunla problemlərini həll edib:
 

“O efirdən sonra barışdıq, uşaqlıqdan gələn incikliklər idi, aradan qaldırıldı. Dünya fanidir, sonumuzu düşünməliyik. Küsülülüklər olmasa yaxşıdır, amma içdən bağışlaya bilmirəm.


Anamı geri qaytarsa, içdən bağışlayaram. Anamın adı gələndə həmişə gözüm dolur.

Məni böyüdən atam Əsədov Ələddindir. Doğma atamla bir yaşımdan ayrı olmuşuq. Mənə xalam baxıb”.

Qeyd edək ki, Şəbnəm “Rəngarəng”də atası ilə bağlı bunları söyləmişdi:

“Atamla danışımıram, mənə vacib də deyil. Bir tək anama heyfim gəlir.
 

Başqa heç nəyə… Bağışlamıram, bağışlamayacağam da. Axirətdə də onu bağışlamayacağam. Mənim atam var, o da Ələddindir. Məni xalam və həyat yoldaşı böyüdüb.


O qədər böyük bir nəsildə böyümüşəm ki… Mənə o nəsildən maraqlı heç kim yoxdur.

Mən də onlara maraqlı deyiləm, ehtiyacım da yoxdur”.



Sara, Bizim.Media

Seçilən
23
4
bizim.media

6Mənbələr