Belarus prezidenti Aleksandr Lukaşenko 2026-cı ildə İrana səfər edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Belarusun STV televiziya kanalının jurnalisti Qriqori Azarenokla müsahibəsində bildirib.
"Gələn il Belarus Respublikası prezidentinin İrana yüksək səviyyəli səfərini gözləyirik", - diplomat bildirib.
O, həmçinin İran xarici işlər nazirinin yaxın gələcəkdə Belarusa səfərinin planlaşdırıldığını bildirib. Xətibzadənin sözlərinə görə, tərəflər iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın iclasının və xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsini müzakirə edirlər.
 
                        