AZ

Abubakar “qazlı” gəlib... Ancaq “Forza”da “neft” yoxdu! REPLİKA

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Neftçi” dünən Bizon ölkə kubokunun 2-ci təsnifat mərhələsində evdə MOİK-ə qalib gəldi (6:2) və 1/8 final mərhələsinə vəsiqə qazandı.Bəli, Samir Abasovun komandasının “hərbçilər”i mübarizədən kənarlaşdırmaq üçün Vensan Abubakar kimi futbolçunun varlığına ehtiyac yox idi. Ancaq baş məşqçi onu start heyətində meydana buraxmaqla optimal formasına qovuşmasını sürətləndirməyə çalışdı. Beləliklə, vəzifəsinin öhdəsindən layiqincə gələn, dəqiq desək, ilk 45 dəqiqədə rəqibi iki dəfə məyus edən 33 yaşlı futbolçu fasilədə Bassala Sambuyla əvəzləndi. Bu matçdan sonra Abubakarla bağlı vəziyyət daha aydın göründü. O başqa məsələ ki, Misli premyer-liqasının 9-cu turunda komandasının “Qəbələ”nin qonağı olduğu matçda debüt edən hücumçu onsuz da “şir həmişə şirdi” prinsipinə sadiq qalmış, dəqiq desək, 1 qol, 1 məshuldar ötürməylə komandasının pis təsir bağışladığı görüşdə qələbə qazanmasına vəsilə olmuşdu.Ümumiyyətlə, Abubakarın göstəriciləri ürəkaçandı. İndiyə qədər cəmi 65 dəqiqə tər tökən hücumçunun hesabında 3 qol, 1 məhsuldar ötürmə var. İş ondadı ki, hücumçu tərəfdarlardan layiq olduğu dəyəri görmür. Səbəbi dərhal izah edək: “ağ-qaralar”ın “Qəbələ”yə qarşı matçında təxminən 200, MOİK-ə qarşı oyununda isə cəmi 500 nəfər “Neftçi” azarkeşi olub. Bəli-bəli, “doğma divarlar” arasında meydana çıxan, start heyətində Vensan Abubakar kimi futbolçu olan komandanın 10289 tamaşaçı tutumuna malik stadionunda 500 azarkeş olub. Özü də oyuna giriş pulsuz ola-ola... Həm gülməli, həm də ağlamalı vəziyyət, bax, buna deyirlər!Bilirsiz, söhbət kimdən gedir? Ölkənin ən güclü, ən böyük, ən fədakar, ən cəsarətli, ən iddialı fanklubu olduğunu iddia edən, amma Abubakarın gəlişindən sonra hələ buna uyğun görünməyən “Forza Neftçi”dən.Həqiqətənmi Bakıda Abubakarın qollarına canlı şahidlik etmək, ona bir az “qaz vermək” istəyən daha çox “Neftçi” azarkeşi yoxdu? Maraqlıdı, bu şəhər yüksək pillələrin qapısını təpikləriylə açmaq niyyətini gizlətməyən Abubakarı sahiblənmək, onu azı performansına görə bağrına basmaq istəmir?!KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
icma.az

2Mənbələr