AZ

BDU-nun tələbələri əmək bazarının tənzimləmə metodları barədə məlumatlandırılıb

Bakı, 31 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “Karyera yolu – 2” layihəsi çərçivəsində Karyera planlaşdırılması şöbəsinin baş mütəxəssisi İlkin Şərifovun “Əmək bazarının araşdırılması” mövzusunda təlimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimdə tələbələrə əmək bazarının mahiyyəti, əsas elementləri, subyektləri, təhlil üsulları, əmək bazarında dövlətin rolu və tənzimləmə mexanizmləri, tələbələrin əmək bazarına inteqrasiyası barədə məlumat verilib. Qeyd edilib ki, statistik məlumatların toplanması və analizi, sorğuların aparılması, ixtisaslar üzrə tələbatın qiymətləndirilməsi metodlarının əmək bazarının araşdırılmasında əhəmiyyəti böyükdür.

Təlim zamanı əmək bazarında müşahidə olunan əsas trendlər, rəqəmsallaşma və texnoloji dəyişikliklərin yeni peşələrin yaranmasına təsiri, əmək bazarı haqqında məlumatların düzgün təhlilinin tələbələrin karyera planlaşdırılması və təcrübə proqramlarına qoşulmasına təsiri müzakirə edilib.

Təlimin praktik hissəsində tələbələr əmək bazarına dair real məlumatlar üzərində işləyərək fərdi karyera planlaşdırılması bacarıqlarını inkişaf etdiriblər. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Seçilən
59
1
azertag.az

2Mənbələr