AZ

Gün ərzində üç asteroid Yerin yaxınlığından keçdi: Təhlükə var?

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çərşənbə günü üç asteroid Aya nisbətən Yerə daha yaxın məsafədən keçib.

Oxu.Az xəbər verir ki, bu barədə RMF24 NASA-nın nəzdindəki Yerətrafı Obyektləri Araşdırma Mərkəzi (CNEOS) məlumat yayıb.

Qeyd olunur ki, onlardan ən böyüyü olan 2025 UF9 asteroidi təxminən 28-62 metr diametrində olub. Bütün obyektlər alimlər tərəfindən planetimizə yaxınlaşmadan qısa müddət əvvəl aşkar edilib, lakin onlar Yerin ətrafından təhlükəsiz şəkildə keçiblər.

Məlumata görə, 2025 UF9 asteroidi Yerdən 290 min km (Yer-Ay məsafəsinin 0.75-i) məsafədən 20 km/s-dən aşağı sürətlə keçib. Eyni gündə planetin yanından daha iki kiçik asteroid keçib: 2025 UV7 (2.7-6 m) 101 min km məsafədən (Yer-Ay məsafəsinin 0.26-sı) və 2025 UX7 (4.9-11 m) 347 min km məsafədən.

CNEOS-un məlumatına görə, son bir il ərzində (29 oktyabra qədər) asteroidlərin Aydan daha yaxın məsafədə Yerə yaxınlaşdığı 176 hadisə qeydə alınıb. Bu obyektlər əksər hallarda çox kiçik olurlar və onları Yerin yanından keçməzdən az əvvəl aşkar edirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
oxu.az

1Mənbələr