AZ

“Levante”nin gənc futbolçusu “Barselona”ya keçə bilər

Bakı. Trend:

“Barselona” bu qış heyətini “Levante”nin hücumçusu Karl Eyonqlagücləndirə bilər.

Trend “MundoDeportivo”ya istinadən məlumatına görə, oyunçunun özü yanvar ayındaKataloniya klubuna qoşulmaq və yaya qədər icarə əsasında hazırkıkomandasında qalmaq istəyir.

Jurnalist Rocer Torelloya istinadən “Marca”nın verdiyi məlumataəsasən, 22 yaşlı futbolçu “blauqrana”dan əlavə, “Real Madrid”,“Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal”ın da maraqdairəsindədir.

Vurğulanır ki, “Barselona” Eyonqu mövsümün sonunda müqaviləsibaşa çatacaq 37 yaşlı hücumçu Robert Levandovskinin əvəzedicisikimi görür. Kamerunlu futbolçunun müqaviləsində La Liqa klublarıüçün 30 milyon avro, Premyer Liqa klubları üçün isə 40 milyonavroluq sərbəst qalma bəndi var.

Bu mövsüm Eyonq İspaniya liqasında 10 oyunda meydana çıxıb, altıqol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkımüqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”dakıməlumata görə, onun bazar dəyəri 20 milyon avrodur.

Seçilən
51
az.trend.az

1Mənbələr