Sudanın Şimal Darfur vilayətinin inzibati mərkəzi olan Əl-Faşir şəhərində həlak olanların sayı 2,2 min nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" regional hökumətin nümayəndəsi Ağa bən Koniyə istinadla məlumat yayıb.
Bildirilib ki, bu, şəhərin Sürətli Reaksiya Qüvvələrinin (SRQ) üsyançılarının nəzarətinə keçməsindən sonra baş verib.