ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri təhlükəsizlik məqsədilə hərbi bazalara köçürülməyə başlayıblar.
 
 APA xəbər verir ki, bu barədə The Atlantic jurnalı məlumat yayıb.
Məlumata görə, konservativ siyasi fəal Çarli Kirk-in qətli, eləcə də Trampın siyasətinə qarşı ABŞ-da baş qaldıran kütləvi etirazlar və hökumət rəsmiləri ilə onların ailələrinə yönələn təhdidlər bu qərara səbəb olub.
Jurnal qeyd edir ki, hərbi bazalarda yerləşdirilən məmurlar ordunun birbaşa mühafizəsi altına alınır və bu, onların təhlükəsizliyini təmin etməyə yönəlib.
