ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdən sonra Rusiya əleyhinə sanksiyaların daha da gücləndirilməsinin məqsədəuyğunluğunu şübhə altına alıb.
APA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Əslində biz neft mövzusunu müzakirə etməmişik” – deyə ABŞ Prezidenti qeyd edib.
Sanksiyalar üzrə ekspert və Obsidian Risk Advisors konsaltinq şirkətinin idarəedici tərəfdaşı Brett Eriksonun fikrincə, Trampın bu bəyanatından sonra anti-Rusiya sanksiyalarının konsepsiyası mənasız görünür.