Min illərdir insanlığa ilham verən Ay təxminən 4,5 milyard il əvvəl yaranıb. Bu, gənc Yer planetinin Mars ölçüsündə olan və astronomlar tərəfindən Teya adlandırılan protoplanetlə toqquşmasından sonra baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Particle" portalı məlumat yayıb.
London İmperial Kollecinin tədqiqatçıları tərəfindən hazırlanmış yeni kompüter modelləri bu fəlakətli hadisənin Yer və onun peykinin formalaşmasında əsas rol oynadığını təsdiqləyib.
Astrofizik Ceykob Keqerrisin sözlərinə görə, o, Günəş sisteminin erkən dövrünü superkompüter simulyasiyaları vasitəsilə araşdırır və bu toqquşma təkcə Ayı yaratmayıb, həm də Yer kürəsinin təkamülünü müəyyən edən hadisələr zəncirini işə salıb.
Alim qeyd edib ki, Ay olmasaydı, okeanlarda gelgitlər olmazdı və bəlkə də su canlıları heç vaxt quruya çıxmazdı.
 
                        