UFC-nin yarımağır çəkidə çempionu (93 kq), braziliyalı qarışıq döyüş ustası Aleks Pereyra amerikalı media maqnatı Mark Tsukerberqlə birgə məşq keçirib.
İdman.Biz bildirir ki, Pereyra həm ayaq üstə, həm də parterdə Tsukerberqi sınayıb.
Tsukerberq hətta Pereyranı yerə də yıxıb. “Yaxşısan?”, deyə iş adamı Aleks ayağa qalxdıqdan sonra soruşub.
Pereyra son döyüşündə, 5 oktyabrda, ABŞ-ın Las-Veqas şəhərində keçirilən “UFC 320”nin əsas qarşılaşmasında rusiyalı Maqomed Ankalayevi texniki nokautla məğlub edərək kəmərini geri alıb.
 
                        