AZ

Biz Rusiya -Ukrayna müharibəsindən yaxşı pul qazanırıq – Donald Tramp

ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında 30 oktyabrda baş tutan görüşdə Ukraynada davam edən müharibə əsas müzakirə mövzularından biri olub.

Editor.az xəbər verir ki, Tramp görüşdən sonra jurnalistlərə açıqlamasında Rusiya–Ukrayna müharibəsini “çox ciddi şəkildə” müzakirə etdiklərini bildirib. Onun sözlərinə görə, tərəflər münaqişənin dayandırılması istiqamətində birgə səylərin vacibliyində razılığa gəliblər.

“Bu məsələni ətraflı müzakirə etdik və irəliləyiş əldə etmək üçün birlikdə işləməyi planlaşdırırıq. Bəzən qəribə səslənsə də, onların döyüşməsinə icazə vermək lazım gəlir. Lakin Si Cinpin bu prosesdə bizə dəstək verəcək və Ukrayna məsələsində əməkdaşlıq edəcəyik”, – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, müharibənin nə Çinə, nə də ABŞ-a birbaşa təsiri yoxdur, lakin hər iki ölkə vəziyyətin sabitləşməsində maraqlıdır:
“Minlərlə gənc əsgərin həyatını itirdiyini görmək məni narahat edir. Biz bu vəziyyətdən mənfəət axtarmırıq. NATO vasitəsilə Ukraynaya silah dəstəyi verilir və bu məsələni də Si Cinpinlə müzakirə etdik. Məqsədimiz müharibənin sülh yolu ilə başa çatdırılmasıdır.”

Tramp, həmçinin, Çin və Rusiyanın enerji əməkdaşlığı məsələsinə də toxunub. Onun sözlərinə görə, bu mövzu görüşdə yalnız qismən müzakirə edilib:
“Çin uzun müddətdir Rusiyadan neft idxal edir və bu, onun enerji tələbatının mühüm hissəsini qarşılayır. Biz əsas diqqəti müharibənin dayandırılması yollarına yönəltdik. Həm Çin, həm də ABŞ bu istiqamətdə əməkdaşlığa hazırdır”, – deyə o vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
63
editor.az

1Mənbələr