AZ

Bakının dostu “tələyə” salınır Yeni müharibənin anonsu verildi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Pakistanın müdafiə naziri Xavaca Asif Talibanı məhv etməklə hədələyib. O bildirib ki, atəşkəs danışıqları məqbul həll yolu olmadan başa çatıb və bu ay baş verən silahlı qarşıdurmalar bölgədə sülhə ciddi zərbə vurub.

“Biz artıq xəyanətə və istehzalara dözməyəcəyik. İndi savaş başlayır, biz buna hazırıq”, — deyə müdafiə naziri vurğulayıb.

Pakistan-Taliban müharibəsi başlasa, nəticəsi necə ola bilər?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Talibanla Pakistan arasında qarşıdurma Pakistanın Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik sahəsində müqavilə bağlamasından dərhal sonra baş verib:

“Talibana təsir imkanları olan və Pakistanın Səudiyyə ilə münasibətlərindən, həmçinin regionda hər keçən gün daha da artan nüfuzundan narahat olan ayrı-ayrı güclərin, Pakistanı yeni müharibəyə cəlb etmək üçün Talibandan istifadə etməyə cəhd etdikləri ortadadır.

Digər bir səbəb isə Pakistan və Əfqanıstanın Çinlə münasibətlərindən qaynaqlanır. Çinin həm Pakistana, həm də Hindistana yatırımları bəllidir və onlar arasında uzunmüddətli müharibə Çinə də dolayı yolla təsir edəcək. Bütün bunlar göstərir ki, Taliban faktiki olaraq Pakistanın üstünə təhrik edilir və burada üçüncü qüvvələrin marağı var.

Lakin bu Taliban üçün olduqca ağır nəticələrə səbəb ola bilər. Belə ki, Pakistan nüvə dövləti olaraq dünyanın ən böyük və ən təcrübəli ordularından birinə sahibdir. Hava qüvvələri və artilleriya baxımından da Talibanı çox geridə qoyur. Bu da o deməkdir ki, müharibə baş verəcəyi halda Pakistan sözsüz üstün olacaq və Talibanın əsas qüvvələrini məhv edəcək.

Amma onu da nəzərə almaq lazımdır ki, Pakistanın ərazisində “Tehrik-i-Taliban Pakistan” adlı böyük qüvvə var və hökumət uzun müddətdir bu qruplaşmaya qarşı mübarizə aparmasına baxmayaraq hələ də neytrallaşdıra bilməyib. Bu isə ayrı-ayrı Taliban qruplarının Pakistan ərazisində silahlı toqquşmalar ehtimalını artırır. Yəni belə demək mümkündür ki, bu qruplaşmalarla mübarizə uzun sürə bilər.

Belə bir müharibə Talibanın Əfqanıstandakı mövqelərinin tamamilə zəifləməsinə yol aça, həmçinin Pakistan daxilində təhlükəsizlik vəziyyətini kəskin pisləşdirə bilər”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
globalinfo.az

1Mənbələr