AZ

Finlandiya Rusiya sərhədi yaxınlığında geniş hərbi təlimlər keçirəcək

Finlandiya noyabrın sonunda başlayacaq təlimlərdə iştirak etmək üçün təxminən 15 000 hərbçi yerləşdirəcək.

Doğru.az xəbər verir ki, Finlandiya quru qüvvələrinin məlumatına görə, bəzi manevrlər Rusiya sərhədi yaxınlığında baş tutacaq.

Təlimlər noyabr-dekabr aylarında keçiriləcək və çağırışçılar, ehtiyatda olan hərbçilər, ordu hissələrinin şəxsi heyəti ilə yanaşı Böyük Britaniya və İsveç qoşunları da iştirak edəcək.

“Təlimlərin məqsədi müharibə vaxtı tapşırıqları yerinə yetirməyə hazırlanmış hərbi qulluqçuların ahəngdarlığını və döyüş hazırlığını təmin etməkdir”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl ŞƏT-in regional antiterror strukturunun direktoru Ularbek Şarşeyev dekabrın 4-də İranda “Səhənd Antiterror 2025” təlimlərinin keçiriləcəyini açıqlamışdı.

DOĞRU.AZ

Seçilən
51
1
dogru.az

2Mənbələr