ABŞ prezidentinin yaxın komandasının bir hissəsi son hadisələrdən sonra məcburi şəkildə hərbi bazalara köçürülüb...
Poliqon xəbər verir ki, The Atlantic nəşrinin məlumatına görə, prezident Donald Tramp administrasiyasının bir neçə yüksək vəzifəli üzvü təhlükəsizlik səbəbindən daimi yaşayış yerini ABŞ hərbi bazalarına dəyişib. Bu qərar, tanınmış mühafizəkar fəal Çarli Kırkın qətlindən sonra qəbul edilib.
Məlumata əsasən, azı altı yüksək rütbəli məmur özlərini və ailələrini “yalnız potensial zorakılıqdan deyil, həm də etiraz aksiyalarından qorumaq” məqsədilə belə addım atıb. Onların arasında dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, quru qoşunlarının rəhbəri Daniel Driskoll, daxili təhlükəsizlik naziri Kristi Noem, vitse-prezidentin mətbuat katibi Keti Miller həyat yoldaşı və Trampın müşaviri Stiven Millerlə birlikdə, eləcə də “xarici təhlükə ilə üzləşmiş” adı açıqlanmayan bir rəsmi var.
Nəşr qeyd edir ki, ABŞ rəsmilərinin hərbi bazalarda məskunlaşması tarixi baxımdan misilsiz deyil. Keçmişdə müdafiə naziri Robert Qeyts (Corc Buş və Barak Obama dövrlərində), Ceyms Mettis (Tramp administrasiyası zamanı) və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri və dövlət katibi Mayk Pompeo da bu tip xidmət mənzillərindən istifadə etmişdilər.
Poliqon.info
 
                        