AZ

“Mançester Siti”nin oyunçusu ailəsi barədə feyk xəbərlərə görə hüquqşünaslara müraciət edəcək

“Mançester Siti”nin yarımmüdafiəçisi Filip Foden ailəsi haqqında yalan məlumatların yayılması ilə bağlı hüquqşünaslara müraciət edəcək.

İdman.Biz xəbər verir ki, daha əvvəl sosial mediada Fodenin altı yaşlı oğlu Ronninin ölümü və dörd yaşlı qızı Truya xərçəng diaqnozu qoyulması ilə bağlı məlumatlar yayılmışdı.

“Mançester Siti”nin yarımmüdafiəçisinin adından iddia edilən faciə ilə bağlı saxta sitatlar və Fodenlə sevgilisi Rebekka Kukun ağladığı süni intellekt tərəfindən yaradılan görüntülər də yayılıb.

“Daily Mail” qəzetinin məlumatına görə, Fodenin hüquq komandası hazırda platformalardan yalan məlumatların silinməsi üzərində işləyir.

“Bu hekayələri yayan səhifələr və hesablardan xəbərdarıq. Onlar tamamilə yalan və narahatedicidir. İnsanların hər kəs, xüsusən də uşaqlar haqqında necə belə şeylər uydura biləcəyini başa düşmürəm. Bu, iyrəncdir.

Tanrıya şükür hamımız yaxşıyıq və narahatlığınız üçün təşəkkür edirik. Bunun qarşısını almaq üçün əlimizdən gələni edirik. Zəhmət olmasa, yalan məlumat yayan hər hansı bir paylaşım və ya səhifə barədə xəbər verin”, - Fodenin sevgilisi sosial mediada yazıb.

İdman.Biz

Seçilən
16
idman.biz

1Mənbələr