AZ

Vilnüs üzərində hava məkanı müvəqqəti bağlanıb

Paytaxt hava limanı yaxınlığında hava şarları aşkarlandıqdan sonra uçuşlar iki saata yaxın dayandırılıb...

Poliqon xəbər verir ki, Litva hakimiyyəti cümə axşamı axşam saatlarında Vilnüs üzərindəki hava məkanını müvəqqəti olaraq bağlayıb. Buna səbəb paytaxt hava limanı yaxınlığında müşahidə olunan uçan hava şarları olub. Hadisə barədə Politico qəzeti məlumat yayıb.

Vilnüs Hava Limanının açıqlamasına görə, məhdudiyyət təxminən iki saat yarım — yerli vaxtla 20:10-dan 22:43-ə qədər (Moskva vaxtı ilə 21:10–23:43) davam edib. Nəticədə, azı iki təyyarə reysi Vilnüsə enə bilməyərək geri – uçuş etdikləri hava limanlarına qayıdıb. Bu, son bir ayda Litvada uçuşların altıncı dəfə dayandırılması hadisəsidir.

Rəsmi Vilnüs dəfələrlə Belarusiyanı belə hava şarlarını buraxmaqda ittiham edib. Litva tərəfi hesab edir ki, bu şarlar siqaret qaçaqmalçılığı üçün istifadə olunur. Eyni səbəbdən Litva artıq 30 noyabra qədər Belarusla sərhədi bağlayıb.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu hadisələri “hibrid təhdid” adlandırıb. Litvanın baş naziri İnqa Ruqinene isə oktyabrın 27-də bəyan edib ki, ölkə Belarusla sərhədi daimi bağlamağı və hava məkanına daxil olan hər bir şarı vurmağı planlaşdırır. Belarus prezidenti Aleksandr Lukaşenko isə bu qərarı “absurd” və “dəli bir avantüra” kimi qiymətləndirib.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr