Pekin ÜTT-nin rolunun möhkəmləndirilməsini və istehsal zəncirlərinin sabitliyini qorumağı əsas prioritet hesab edir...
Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Tsinpin Cənubi Koreyanın Kyoncu şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) ölkələrinin 32-ci qeyri-rəsmi sammitində çıxış edib. Çin lideri bəyan edib ki, ölkəsi APEC üzvləri ilə birlikdə azad ticarətin qorunmasına və çoxşaxəli iqtisadi əməkdaşlığın gücləndirilməsinə sadiqdir.
“Biz birgə şəkildə çoxtərəfli ticarət sistemini dəstəkləməli, həqiqi çoxtərəfli yanaşmanı həyata keçirməli, Dünya Ticarət Təşkilatının (ÜTT) əsas rol oynadığı beynəlxalq sistemin nüfuzunu və səmərəliliyini artırmalıyıq. Eyni zamanda istehsal və təchizat zəncirlərinin sabit və fasiləsiz fəaliyyətini təmin etmək üçün birgə səylər göstərməliyik”, deyə Si Tsinpin vurğulayıb.
O, dünya miqyasında “misli görünməmiş dəyişikliklər dövrünün” yaşandığını və beynəlxalq vəziyyətin yüksək dərəcədə qeyri-sabit olduğunu bildirib. Çin rəhbərinin sözlərinə görə, bu qeyri-sabitlik Asiya-Sakit Okean regionuna da təsirsiz ötüşmür. Buna baxmayaraq, Pekin APEC ölkələri ilə qarşılıqlı faydalı və açıq iqtisadi siyasət yürütməyə, inklüziv qloballaşmanı təşviq etməyə və vahid regional əməkdaşlıq icması formalaşdırmağa çalışır.
Si Tsinpin həmçinin ÜTT-nin islahatları zamanı “düzgün istiqamətin seçilməsinin” vacibliyini vurğulayıb, ən əlverişli rejimin qorunmasına, ticarətdə diskriminasiyanın yolverilməzliyinə və inkişaf etməkdə olan ölkələrin hüquq və maraqlarının müdafiəsinə çağırıb.
Poliqon.info
 
                        