AZ

Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təxirə salır?

Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təxirə salır?

ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə görüşü zamanı Rusiya nefti məsələsinə toxunmaması, Vaşinqtonun Moskvaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindən imtina etdiyi ehtimalını gündəmə gətirir.

AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, ekspertlər də Trampın Si Cinpinilə Rusiya neftinin qiymətləri barədə danışmamasının sanksiyalar konsepsiyasını zəiflədəcəyini düşünürlər. "Vaşinqtonun Moskvaya qarşı sərt mövqe tutduğunu iddia etmək mümkün olmaz, əgər o, Rusiyanın ən iri alıcılarından birini nəzərdən qaçırırsa" - deyə "Obsidian Risk Advisors" konsaltinq şirkətinin sanksiyalar üzrə eksperti Brett Erikson bildirib.

Mütəxəssislərin fikrincə, Trampın Rusiya nefti mövzusunu gündəmə gətirməməsi, onun Çinlə münasibətlərin sabitləşməsinə üstünlük verdiyini göstərir. Bu addım həmçinin ABŞ və Çin arasında uğurlu ticarət razılaşmasının əldə olunmasına da şərait yaratmış ola bilər.

Seçilən
21
afn.az

1Mənbələr