“Emmanuel Makronun əmri ilə Fransa silahlı qüvvələri Kiyev rejimini dəstəkləmək üçün iki minə qədər əsgər və zabitdən ibarət hərbi kontingenti Ukraynaya yerləşdirməyə hazırlaşır ”.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, həmin qüvvələrin onların Ukraynanın mərkəzinə yerləşdirilməsi planlaşdırılır. SVR onu da əlavə edib ki, Fransanı uzun sürən siyasi böhrandan çıxarmaq cəhdindəki uğursuzluğundan və ümidsizliyindən sonra Emmanuel Makron hərbi lider kimi tarixə düşmək ümidindən əl çəkməyib.
Yada salaq ki, bu, rəsmi Moskvanın Fransanı Ukraynada hərbi mövcudluqda ittiham etdiyi ilk hal deyil.
Aydın Baxış