AZ

Lamin Yamal əməliyyat oluna bilər

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"nın futbolçusu Lamin Yamal qasıq nahiyəsində narahatlıq hiss etsə də klub hazırda əməliyyat planlaşdırmır. Sport24.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, problem tam həll olunmasa da, oyunçu və "Barselona"nın tibb heyəti əməliyyatdan imtina ediblər.

Narahatlıq yaxın həftələrdə də davam edərsə, Lamin və klub rəsmiləri əməliyyat məsələsini yenidən nəzərdən keçiriləcək.

Qeyd olunur ki, gənc ulduz əməliyyatın potensial faydasını qiymətləndirmək üçün konsultasiyadan keçib. Hələlik bundan imtina etmək qərarı verilib və Lamin narahatlıq hiss etməsinə baxmayaraq oynamağa davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
sport24.az

1Mənbələr