AZ

Nyu-York ştatında şatdaun səbəbindən fövqəladə vəziyyət elan edilib

Nyu-York ştatında şatdaun səbəbindən fövqəladə vəziyyət elan edilib

Nyu-York ştatının qubernatoru Keti Hokul federal hökumətin maliyyə fəaliyyətinin dayandırılması — “şatdaun” səbəbilə fövqəladə vəziyyət elan edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, 1 noyabrdan etibarən federal subsidiyaların dayandırılması nəticəsində ərzaq yardımı ala bilməyəcək vətəndaşlar üçün 65 milyon dollarlıq əlavə maliyyə paketi ayırdığını açıqlayıb.

Ştat hökumətinin rəsmi saytında yayılan bəyanatda deyilir: “Qubernator Keti Hokul fövqəladə vəziyyət elan edib və Prezident Donald Tramp administrasiyasının 1 noyabrdan etibarən 3 milyon Nyu-York sakininə ərzaq yardımını dayandırması qərarına cavab olaraq əlavə tədbirlər görüb. Qubernator 65 milyon dollar məbləğində təcili ərzaq yardımı ayırır ki, bu da təxminən 40 milyon porsiya ərzaq təmin edəcək.”

Xatırladaq ki, ABŞ-da federal hökumətin fəaliyyətinin qismən dayandırılması — “şatdaun” — 1 oktyabr tarixində gecə yarısı maliyyələşmənin kəsilməsi ilə qüvvəyə minib. Bu vəziyyət Konqresdə respublikaçılar və demokratlar arasında büdcə maddələri, o cümlədən səhiyyə xərcləri ilə bağlı razılığın əldə olunmaması nəticəsində yaranıb.

1977-ci ildən bəri federal hökumətin fəaliyyəti bu kimi siyasi fikir ayrılıqları üzündən 20 dəfədən çox dayandırılıb. Ən uzunmüddətli “şatdaun” isə 22 dekabr 2018-dən 25 yanvar 2019-a qədər — Donald Trampın birinci prezidentlik dövründə — 35 gün davam edib.

Seçilən
25
afn.az

1Mənbələr