BAKI, 31 oktyabr. TELEQRAF
Cənubi Amerikanın ən nüfuzlu klub turniri sayılan Libertadores Kubokunun ikinci finalçısı müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu, Braziliyanın “Palmeyras” klubudur.
“Yaşıl-ağlar” yarımfinalda Ekvadorun “Kito” komandasından güclü olub. Səfərdə 0:3 hesabı ilə uduzan Abel Ferreyranın baş məşqçi olduğu kollektiv doğma meydanda 4:0 hesablı qələbə ilə mərhələ adlayan tərəf olub.
Qeyd edək ki, “Palmeyras” finalda digər Braziliya klubu “Flamenqo” ilə qarşılaşacaq. Görüş noyabrın 30-da, Perunun paytaxtı Limadakı “Monimental” stadionunda keçiriləcək.
 
                        