AZ

ABŞ və Rusiyaya çağırış edildi

BAKI, 31 oktyabr. TELEQRAF

Almaniya xarici işlər naziri Yohann Vadeful ABŞ və Rusiyanı nüvə silahı sınaqları keçirməməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, nüvə dövlətlərinin anlaşmanı yerinə yetirməli olduqlarını deyib.

“Prezident Trampın bəyanatı Rusiyanın keçmişdə nüvə enerjisi sistemlərindən istifadəsinə reaksiyadır. Nüvə silahına malik beş dövlətin hamısının sınaq moratoriumlarını dəstəkləməkdə davam etməsi vacibdir. Mən onlara səslənirəm: sınaq moratoriumunu saxlamaq lazımdır”, - Almaniya xarici işlər naziri bildirib.

Vadefulun sözlərinə görə, bu çağırış XXI əsrdə nüvə silahı sınaqları keçirən yeganə dövlət olan Şimali Koreyaya da aiddir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Pentaqona dərhal nüvə silahlarının sınaqlarına başlamaq barədə göstəriş verdiyini açıqlamışdı.

Seçilən
18
teleqraf.com

1Mənbələr