Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, açılış matçında "Qarabağ" "İmişli"ni qəbul edəcək.

Görüş əslində "İmişli"nin meydanında olsa da, Ağdam təmsilçisinin Çempionlar Liqasında keçirəcəyi "Çelsi" oyuna görə matçın yeri dəyişdirilib.

Qarşılaşma "Azərsun Arena"da baş tutacaq.

"Qarabağ"ın aktivində 17 xal var və 2-ci yerdədir. 12 xalı olan "İmişli" isə 8-ci yeri tutur.