Nyu-York qubernatoru Keti Hoxul ştat ərazisində fövqəladə vəziyyət elan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qubernator federal hökumətin 1 noyabrdan bağlanması səbəbindən ştat sakinləri üçün əlavə 65 milyon dollarlıq ərzaq yardımı subsidiyaları elan edib.
Ştat hökumətinin veb saytında dərc olunmuş açıqlamaya görə, qubernator Keti Hoxul Tramp administrasiyasının 1 noyabrdan etibarən 3 milyon Nyu-Yorkluya ərzaq yardımını dayandırmasına cavab olaraq əlavə tədbirlər görəcəyini açıqlayı: "Qubernator Hoxul əlavə 65 milyon dollarlıq təcili yardım ayırır ki, bu da ac Nyu-Yorklulara təxminən 40 milyon yemək təmin edəcək".
Musavat.com
 
                        