AZ

Azərbaycanda bank şöbələri bağlanmağa davam edir

2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların şöbələrinin sayı 86 ədəd təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bank şöbələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 vahid, yəni 2,3% azalıb. Ötən ilin sonu ilə müqayisədə də eyni miqdarda (2 vahid və ya 2,3%) azalma qeydə alınıb. Son bir ayda isə şöbələrin sayı 1 vahid, yəni 1,1% azalıb.

Xatırladaq ki, bank şöbələrinin sayı bu ilin sentyabrın 1-nə 87, ötən ilin sonunda (31.12.202488, 2024-cü ilin oktyabrın 1-nə isə 88 ədəd təşkil edib.


Seçilən
24
fed.az

1Mənbələr