Bu gün Misli Premyer Liqasında 10-cu tur start götürəcək.
Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək turun açılış oyunu Bakıda baş tutacaq.
"Qarabağ" Çempionlar Liqasındakı növbəti sınağı ərəfəsində "İmişli" ilə üz-üzə gələcək. "Azərsun Arena"da keçiriləcək oyun saat 17:00-da start götürəcək.
Xatırladaq edək ki, “Qarabağ” bu görüşü səfərdə keçirməli idi. Ancaq klub Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə keçiriləcək oyununa daha yaxşı hazırlaşmaq məqsədilə görüşünün yerinin dəyişdirilməsini istəyib. Peşəkar Futbol Liqası "İmişli” klubunun razılığını nəzərə alaraq müraciətə müsbət cavab verib.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 17 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" 12 xalla yeddincidir.
Qeyd edək ki, birinci dövrənin sonuncudan əvvəlki turuna noyabrın 3-də yekun vurulacaq.
Misli Premyer Liqası
10-cu tur
31 oktyabr
17:00. "Qarabağ" - "İmişli" 
Suraxanı. "Azərsun Arena"

 
                        