Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakənin icra başçısı İslam Rzayevin vəkili bəlli olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İslam Rzayevi tanınmış vəkil Elvin Əliyev müdafiə edəcək.
İ.Rzayev korrupsiya cinayətlərində şübhəli bilinərək tutulub. Daha sonra Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. O, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra məhkəməyə çıxarılacaq.
Qeyd edək ki, Elvin Əliyev daha çox meyxanaçı Rəşad Dağlının vəkili kimi tanınır.
Sail Ağasəlim
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.