AZ

Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub

ain.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ və Avropa birjalarında əsas indekslərdə eniş müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, ABŞ fond bazarında əsas indekslər 31 oktyabr sessiyasını azalma ilə başa vurub. Dow Jones Industrial Average indeksi 0,23% azalaraq 47 522,12 bəndə enib. S&P 500 indeksi 0,99% azalaraq 6 822,34 bənd, NASDAQ Composite isə 1,57% azalaraq 23 581,14 bənd səviyyəsində bağlanıb. NYSE Composite 0,35% azalıb, S&P/TSX Composite isə 0,11% artımla 30 178,98 bəndə yüksəlib.

Avropa bazarlarında isə Euro Stoxx 50 0,12% azalıb (5 699,18 bənd), Almaniyanın DAX indeksi 0,02% azalma ilə 24 118,89 bənd, Fransanın CAC 40 indeksi 0,53% enişlə 8 157,29 bənd olub. Böyük Britaniyanın FTSE 100 indeksi 0,04% artaraq 9 760,06 bənd, İspaniyanın IBEX 35 indeksi isə 0,68% azalma ilə 16 040,30 bənd səviyyəsində bağlanıb.

Analitiklərin qiymətləndirməsinə görə, bazarlardakı eniş əsasən ABŞ-da texnoloji şirkətlərin səhmlərinin ucuzlaşması və investorların gəlirliklə bağlı ehtiyatlı mövqeyi ilə əlaqədardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
apa.az

3Mənbələr