AZ

Məhkəmə "Ətağa sənin atandan yaxşı kişidir" dediyi iş yoldaşını qətlə yetirənlə bağlı qərar verdi

Ali Məhkəmədə Bakıxanov qəsəbəsindəki çörək zavodunda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elşən Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
 

Qeyd: Hadisə 2024-cü ilin aprelində paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsində Elşən Məmmədov işlədiyi "Bakıxanov" çörək zavodunda iş yoldaşı, 1990-cı il təvəllüdlü Etibar Salamzadə ilə mübahisə edib. Daha sonra hər ikisi zavoddan çıxaraq küçədə əlbəyaxa olub.
 

Elşən Məmmədov Etibar Salamzadəyə bıçaq zərbələri endirib. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Onu da qeyd edək ki, tərəflər arasındakı mübahisəyə səbəb Elşən Məmmədovun Etibar Salamzadəyə "Ətağa sənin atandan yaxşıdır" deməsi olub. Daha sonra Etibar Salamzadə Elşən Məmmədovun atasını təhqir edib. Bununla tərəflər arasında sonu ölümlə nəticələnən mübahisə baş verib.


Elşən Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Məmmədovun 17 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.



Kamal Məmmədov 



Tarix: 31 Oktyabr 2025, 09:35   
Seçilən
19
pravda.az

1Mənbələr