AZ

1680 nəfər taksi sürücüsü imtahan verəcək - DİM

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi taksi minik avtomobili sürücüləri üçünnoyabrın 3-də növbəti imtahan keçirəcək.

Trendxəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 1680 nəfərqeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədirayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə şəhər VaqifƏliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək.İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqdavə ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanışolmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti günDİM-in saytına yerləşdiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı"xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahanaburaxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasınınqarşısında olmalıdırlar.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" vəşəxsiyyət vəsiqəsininin əslini mütləq təqdim etməlidirlər.Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasındauyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı vəavtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativhüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığınproqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hərtapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablardüzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox baltoplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar vəonlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdimedilir.

“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahişedirik ki, kitabça ilə mütləq tanış olsunlar.

Məqalədə:
Seçilən
24
36
az.trend.az

10Mənbələr