BAKI, 31 oktyabr. TELEQRAF
Qazaxıstan müdafiə naziri Dauren Kosanov Rusiya müdafiə naziri Andrey Belousovla danışıqlar aparıb.
Teleqraf xəbər verir ki, görüş Almatıda MDB Müdafiə Nazirləri Şurasının 85-ci iclası çərçivəsində baş tutub.
Qazaxıstan Müdafiə Nazirliyinin bəyanatına görə, görüşdə nazirlər regional təhlükəsizlik, hərbi təlimlərdə ikitərəfli əməkdaşlıq və hərbi-vətənpərvərlik tərbiyəsi məsələlərini müzakirə ediblər:
“Tərəflər danışıqların Qazaxıstan və Rusiya arasında müdafiə və təhlükəsizlik sahəsində strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə inanırlar”.
Bundan əlavə, danışıqların yekununda iki ölkənin Müdafiə nazirlikləri arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb.
 
                        