Asiya turundan qayıdan ABŞ prezidenti Donald Tramp ailəsi ilə birlikdə ənənəvi Hellouin şənliyinə qatılıb...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bir həftəlik Asiya səfərindən sonra Ağ Evdə keçirilən ənənəvi Hellouin tədbirində iştirak edib. Prezident və birinci xanım Melaniya Tramp Ağ Evin cənub çəmənliyində şirniyyat toplamaq üçün gələn onlarla uşağı qarşılayıblar.
Bayram ab-havasına baxmayaraq, Tramp ailəsi bu dəfə kostyum geyinməməyə qərar verib. Prezident hər zamankı kimi klassik kostyum və qırmızı papaq geyinib, Melaniya isə zərif bej rəngli palto seçib. Lakin qonaqlar arasında bir çox “kiçik Tramplar” da olub.
Uşaqlar prezidentin parikləri, kostyumları və “Make America Great Again” şüarı yazılmış papaqları ilə tədbirə qatılıblar.
Poliqon.info
 
                        