AZ

Bunlar dağıntılar və ağrılar buraxır Fotolar

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Həyatda hər şey kimi, qasırğalar da müvəqqətidir. Bəli, onlar dağıntılar və ağrılar buraxa bilər, amma insan elə yaradılıb ki, hər şeyi yenidən bərpa etməyə, nizam yaratmağa və sıfırdan başlamağa qadirdir".

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə yazıb. İstanbulda olan sənətçi yeni fotolarını izləyiciləri ilə bölüşüb. 

O, şəkillərinə "Axı məhz bunun üçün Allah bizi yaratdı. Biz bu dünyaya xaos gətirmək üçün yox, nizam və harmoniya yaratmaq üçün göndərilmişik. Və nizam həmişə insanın özündən başlayır: öz yatağından, otağından, ətrafından, masasından, düşüncələrindən. Əvvəl orada nizam yarat - onda xarici dünyada da hər şey yerini tapacaq və sən öz gələcəyini qurmaqda daha asan yol tapacaqsan. Həqiqətən, Allah heç bir xalqın halını dəyişməz, ta ki, onlar öz içlərindəkini dəyişməyincə. (ər-Ra’d surəsi, 13:11)

Bu ayə bizə öyrədir ki, dəyişiklik və nizam hər zaman insanın öz içindən başlayır. Əgər insan öz qəlbini, niyyətini və fikirlərini saflaşdırarsa - Allah da onun halını dəyişər, yolunu asanlaşdırar".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
axsam.az

1Mənbələr